Maraqlı

Onlar uğur qazanmaq üçün canlarından keçir - FOTO

20 İyul 2018 22:41
0 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alqış almaq asan deyil. Məşhur aktyorlar, müğənnilər, rəqqaslar və modellər uğurlu performanslarına acı-ağrı içərisində, əziyyətlə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən Daniel Dey Levisdən Ledi Qaqaya kimi bir çox məşhurun uğurlarını və uğurlarının arxasında olan əziyyəti təqdim edir.

Daniel Dey Levis 1992-ci ildə çəkilən "Son Mogikan" filmində canlandırdığı obraza görə altı ay meşədə yaşayıb və "Oskar" qazanıb.

Ed Herris 2000-ci ildə ekranlaşdırılan bioqrafik "Pallok" filmində məşhur rəssamı olduğu kimi canlandırmaq üçün Cekson Pallokun yatağında yatıb və roluna 10 ilə hazırlaşıb.

Balet və oriental rəqqasə Aleksandra Bilcik hər uğurlu performansından sonra ayaqlarına yaranan yaralara görə ağrı çəkir.

Model Canessa Rayt moda dünyasının qaranlıq tərəfini göz önünə sərir.

Cokvin Foniks "Qladiator" filmindəki roluna görə qılınc oynatma öyrənməklə bərabər, qılıncı yanında daşıyaraq ona öyrəşməyə çalışıb. Məşhur aktyor "Xətlə yerimək" filmi üçün isə mahnı oxumağı və gitarada ifa etməyi öyrənib.

Linda Hemilton 1991-ci ildə çəkilən "Terminator" filmində canlandırdığı Sarah Konor obrazı üçün çəkilişlərdən öncə 13 həftə dieta tutub. Onun məşqləri içərisində okeanda ağırlıqla üzmək də var idi. Üstəlik, hazırlıq prosesi o, ana olduqdan bir neçə ay sonra baş vermişdi. Bu məşqlər sayəsində o, 28 il sonra da "Terminator"a çəkilməyə hazır vəziyyətdə idi.

Ledi Qaqa yeni mahnılarını bəstələyərkən fibromiyalgiya (xroniki sümük-əzələ sistemi xəstəliyi) problemi yaşayır və gitara ifa etməkdən barmaqları yaralanır.

Arnold Şvarsneqqer "Doğru yalanlar" filmi üçün altı ay tanqo dərsləri alıb və baletlə məşğul olmağı öyrənib. Məşhur aktyor "Predator" filmi üçün isə kirli su içib. Sənətçi içi natəmiz olan suda üzdüyünə görə xəstəliyə yoluxub və 12 kq arıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.