Maraqlı

Qadının qışqırığı ayını qorxutdu - VİDEO

20 İyul 2018 22:00
0 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya ştatının sakini Brittani Kristensen vəhşi ayını həyətindən qışqırığı ilə qovub. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bununla bağlı videonu "Facebook" hesabında yayıb. 

Videoda qara ayının evə daxil olmaq istədiyi görünür. Əvvəlcə qadın bir neçə dəfə "yox" deyir, heyvan isə buna reaksiya vermir. 

Ayı pilləkənləri qalxdıqda isə qadın qışqırır: "Yox! Get! Get buradan!" Bu zaman qorxmuş ayı qaçaraq həyətdən çıxır. 

"Mənim səsim işə yaradı. Bax, əgər səsimlə övladlarıma da təsir göstərə bilsəydim", - o deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Amerikalı qadının qışqırığı ayını qorxutdu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.