Maraqlı

Ana uşağını əmizdirdi, səhəri gün körpə öldü - Səbəb - FOTO

17 İyul 2018 11:31
5 Şərh     Baxış: 6 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filadelfiyalı qadın 3 aylıq oğlunun ölümündə ittiham olunur.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Filadelfiyada yaşayan 30 yaşlı Samantha Jones adlı qadın 3 aylıq oğlunun ölümünə səbəb olub.

Səhər ayılanda oğlunun rənginin solduğunu və ağzının köpükləndiyini görən qadın 911-ə zəng edib. Hadisə yerinə gələn polislər körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar nəticəsində uşağın qanından metadon maddəsi tapılıb.

Narkotik maddə istifadəçisi Samanta saxlanılıb. O bildirib ki, əvvəl oğlunu uşaq yeməyi ilə qidalandırsa da, gecə yerindən qalxmağa ərinib və onu əmizdirib. Ana südü vasitəsilə qanına metadon maddəsi keçən körpə zəhərlənib.

Qeyd edək ki, metadon narkomanların müalicəsi üçün istifadə edilən effektiv dərmandır. Metadonun tarixi 60 ildən çox hesablanır. 1963-cü ildən narkomanların müalicəsi üçün tibbdə "Metadon" proqramı tətbiq edilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.