Türkiyədə Adnan Oktar və onun müridlərinə qarşı əməliyyatlar davam edir.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, keçmiş "kedicik" Ceylan Özgül verilişlərin birinə çıxaraq canlı yayımda aparıcının suallarını cavablandırıb.O, özünü "Mehdi" kimi təqdim edən "ilahiyyatçı" Adnan Oktarla bağlı sirləri açıb.
Ceylan bildirib ki, Adnan Oktar dindən istifadə edərək qızların "başını bişirir", onları "tora salır" və internetdə haqqında yazılanları da "böhtan" adlandırırdı. Onun dediyinə görə, Adnan "kedicik"lərlə cinsi əlaqədə olmaq istəsə də, səhhəti buna imkan vermirdi.
Emin
Milli.Az