Maraqlı

Şok kadrlar: qarnındakı narkotikdən öldü - VİDEO - FOTO

17 İyul 2018 20:20
0 Şərh     Baxış: 3 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 yaşlı braziliyalı Deyz Rikarte Portuqaliyanın paytaxtı Lissabondakı "Sao Pedro" otelində keçinib. Polisdən verilən məlumata görə, onun ölümünün səbəbi mədəsində içində kokain olan sellofan bükülülərin dağılmasıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 11 yaşlı oğlu olan Deyz Rikarte ölümündən az öncə mobil telefonla özünü çəkərək videosunu ailəsinə yollayıb.

"Ölürəm! Tanrım, mənə yardım et!", - Braziliyadakı Belu-Orizonti əyalətinin sakini Deyz ağlayaraq deyib.

Polis bildirib ki, D.Rikarte 3 min dolların müqabilində içində 71 qram kokain olan onlarla sellofan bükülünü udub və narkotik maddəni mədəsində Portuqaliyaya aparmağa razılıq verib.

O, pulları plastik cərrahiyyə əməliyyatına xərcləmək niyyətində idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şok kadrlar: qarnındakı narkotikdən öldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.