Maraqlı

Azərbaycan şirkəti Britaniyaya “ağıllı çaydan” ixrac edib

16 İyul 2018 20:27
2 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Sumaks" şirkəti "ağıllı çaydan" istehsal edib.

Milli.Az bildirir ki, bunu Trend-ə şirkətin rəhbəri Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, ilk bu cür çaydanlar Böyük Britaniyaya tədarük edilib:

"Bu çaydanları mobil tətbiq vasitəsilə idarə etmək, çayın hazırlanması üçün müvafiq temperatur təyin etmək olar. Məlum olduğu kimi, çayın hazırlanması prosesinə xüsusi münasibət var. Hazırlanma prosesində isti suyun müəyyən temperaturları istifadə olunur".

Çaydan qaynamanın intensivliyini nizamlamağa imkan verən funksiya ilə təchiz olunub. Soyumuş suyu təkrar qaynatmamaq üçün isitmə rejimini seçmək olar, o zaman "ağıllı çaydan"dakı su daim isti qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.