Maraqlı

Boşandıqdan 18 il sonra kamera qarşısına keçdilər - FOTO

16 İyul 2018 23:48
0 Şərh     Baxış: 3 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

63 yaşlı Bryus Uillis və 55 yaşlı Demi Mur "Comedy Central Roast" adlı şouya qatılıblar. 

Milli.Az axşam.az -aistinadən xəbər verir ki, aktyor buraxılışın əsas qonağı olub. Bura təkcə onun keçmiş arvadı Mur yox, Edvard Norton, Cozef Qordon-Levitt, Mart Styuart və başqaları da qonaq olublar. 

Çıxışı zamanı Demi Mur Uillislə ər-arvad olduqları dönəmlə bağlı gülməli açıqlama verib. Cütlük 13 il birlikdə olub və onların 29 yaşlı Rumer, 26 yaşlı Skaut və 24 yaşlı Talula adlı üç qız övladı var. 

"Düşünürəm ki, bizim ailə həyatımız "Altıncı hiss" filminə bənzəyir. Çünki sən hər zaman ölü oldun" deyə, aktrisa zarafat edib. 

Qeyd edək ki, hazırda Uillis 40 yaşlı model Emmi Heminqlə ailəlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.