Maraqlı

Eramızdan əvvələ aid TİBBİ CƏDVƏL tapıldı - Müalicə olunmayan XƏSTƏLİK QALMAYACAQ

16 İyul 2018 23:07
0 Şərh     Baxış: 7 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dərman istehsalı durmadan inkişaf edir. Buna baxmayaraq, ən qədim müalicə üsulu olan fitoterapiya öz aktuallığını itirmir. Fitoterapiya bitki, mineral və arıçılıq məhsulları üzərində qurulmuş təbabət növüdür.

Milli.Az xəbər verir ki, fitoterapiya ilə müalicəyə eramızdan əvvəl III əsrdə qədim Şumerdən tapılan cədvəllərdə də rast gəlinir. Bu əlyazmalarda qədim dövrün müxtəlif şəfalı otları və bitkiləri haqda çox geniş məlumat var. Şumerlər həmçinin müalicə üsulu kimi neft, dəniz duzu və bir sıra digər təbii vasitələrdən istifadə edirdilər.

Ot və bitkilərlə müalicə, yəni fitoterapiya qədim Misirdə də tətbiq olunurdu. Alman arxeoloqlarının buradan tapdıqları ən uzun papirusda misirli təbiblərin hazırladıqları 700-dən çox təbii dərman resepti var. Bu papirusun yaşı eramızdan çoxdur. Siyahıda isə xardal, söyüd budaqları, kəklikotu və müxtəlif bitkilərin adı var.

Alimlər düşünür ki, qədim dövrün təbibləri heç də çağdaş həkimlərdən geri qalmırlar. Onların tərtib etdikləri cədvəlləri çözdükcə bir sıra ağır xəstəliklərin də alternativ müalicə üsulları üzə çıxacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.