Maraqlı

Arvadına xəyanət etməsi dünya çempionatının gedişatını neçə dəyişdi? - İDDİA - FOTO

16 İyul 2018 23:34
0 Şərh     Baxış: 3 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada keçirilən Dünya Çempionatına 2-ci turda vida edən Meksika milli komandası haqqında qəribə iddia ortaya atılıb.

Milli.Az xəbər verir ki, Almaniya millisini 1:0 hesabı ilə məğlubiyyətə uğradan komandanın daha sonra İsveçə 3:0, Braziliyaya 2:0 hesabla məğlub olması millinin kolumbiyalı baş məşqçisi Xuan Karlosun sevgilisi ilə əlaqələndirilib.

Meksika mətbuatında yayılan iddiaya görə, millinin baş məşqçisi Xuan Karlos Rusiyaya həm ailəsini, həm də 2016-cı ildən bəri birlikdə olduğu gənc futbol şərhçisi olan sevgilisi Mariana Zakariası gətirib.

İki qadınla münasibətlərinə aydınlıq gətirə bilməyən baş məşqçi bu durumun mürəkkəbliyinə görə diqqətini milliyə verə bilməyib və bununla Meksika uğursuzluğa düçar olub. Bu barədə Meksika mətbuatına məlumat verən bir mənbə baş məşqçinin cazibədar şərhçi ilə birlikdə olduğundan bəri özünü toplaya bilmədiyini deyib. O bildirib ki, Xuan Karlosun həyat yoldaşı onun gənc sevgilisinin olmasından xəbərdardır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.