Maraqlı

Ceceli ilk dəfə keçmiş arvadı və İntizarın videosundan danışdı

16 İyul 2018 13:03
10 Şərh     Baxış: 4 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mustafa Cecelinin keçmiş həyat yoldaşı Sinem Gedik ilə müğənni İntizar arasında münasibət olması Cengiz Semercioğlunun yazısında ortaya çıxıb. Daha sonra isə onların yataq otağında qucaqlaşdıqları video gündəmə gəlib. Videonu Mustafanın yaydığı iddia edildi və müğənni tənqid hədəfinə çevrildi. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ceceli sessizliyini pozub O, belə bir addım atmadığını bildirib: 

"Tənqidlər mənim işim deyil və olmayacaq da. Məni maraqlandıran övladımın psixoloji vəziyyətidir. Buna görə də, hadisəyə aydınlıq gətirilməsi üçün məhkəməyə getdim və övladımı yanıma götürmək üçün müraciət etdim. Burada məsələ boşanmaq deyil. Övladımın yaşadığı travmaların ortaya çıxması və onun yer aldığı məkanda xoşagəlməz hadisənin yaşanmasıdır. Bunun sübutu olan görüntülər şikayət ərizəmin arasındadır. 

Tənqidlərin heç biri uşağımın mənə danışdıqlarından və yaşadıqlarından önəmli deyil. Heç kimin evinə gedib, kamera yerləşdirmədim. Məhkəməyə verdiyim görüntülər kim olduqlarını bilmədiyim şəxslər tərəfindən elektron ünvanıma göndərilib. Heç bir gizli çəkiliş etməmişəm. Əlimdə "Övladınızı xilas edin" başlıqlı məktublar da var. 

Tək düşündüyü övladını xilas etmək olan bir ata olaraq videonu mediaya yayacaq ən sonuncu şəxsəm. Övladımın anasının videosunu mediaya yayan insanlarla da məhkəmədə üzləşəcəm. Günahkar hakimə zəng vurub, şantaj və təhdid edənlərdir. Uşağımın yer aldığı məkanda yaşananlar cinsi təcavüzdür. Bunları görməməzlikdən gələ bilmərəm. Uşağımın və mənim yaşadıqlarımı dəyərləndirmə haqqını isə hakimin vicdanına həvalə edirəm. Kiməsə zərər verəcək düşüncəm yoxdur. Tək dərdim övladımı xilas etməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.