Maraqlı

İmanınızı bu 4 şey vasitəsilə xilas edə bilərsiz

22 İyul 2018 23:40
0 Şərh     Baxış: 2 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allaha iman gətirən, onun dininə itaət edən kəs mömindir. Amma möminin təkcə iman gətirməsi onun bu sahədə vəzifəsinin bitməsi demək deyil. İnsanın vəzifəsi yalnız onun ömrü sona çatanda bitir. İnsan rəbbinə iman gətirməli, yaşadığı müddətdə imanını təkmilləşdirib təməllərini möhkəmlətməlidir. Yalnız möhkəm təməl üzərində dayanan iman hadisələr müqabilində möhkəm və sarsılmazdır.

Hz. Əlidən (ə) Nəhcül-bəlağədə iman haqqında soruşana belə cavab verir:

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, İman dörd dirək üstə dayanıb: Səbr, yəqin, ədalət, cihad.

Səbr- Qurani Kərim və hədislərdə ən çox tövsiyə edilən xüsusiyyətdir. Təbi ki, səbr deyildikdə öncə zehnə çətinlik gəlir. Doğrudur səbr çətinliyə aid olsa da hər zaman belə olmur. Səbr ümumi mənada hadisələr qarşısında mətnlə dayanıb, ağılla müşahidə etməkdir. Yəni insan ağılı tərk edib hislərə qapılmasın. İmam Əli (ə) buyurur: "Səbr etsən də, etməsən də Allahın qədəri sənin barəndə icra olacaq". Səbr heç də hadisələr müqabilində aciz olub heç nə etməmək demək deyil. Əksinə narazılıq və üsyan etməməkdir.

Yəqin- qətilik mənasındadır. Hər bir kəsin öz etiqadına qətiliyi olmalıdır. Xüsusən də Allah barəsində. İnsan təkcə Allahın görən olmasına qətiliyi olsa günahdan çəkinmək üçün bu ona kifayət edir. Həmçinin insanın qəti inancı olsa ki, onu Allah yaradıb bir an Allahdan qəflətdə olmaz. Qəflət insanın Allahı, yəni yaradanını unutmasıdır.

Ədalət- insanda fitri bir qaynaqdır. İnsan dinin hökümlərinə vaqif olmasa belə ədalət hissi ona kifayət edir ki, haqqı bərpa etsin. Hətta hədislərdə və alimlərin fikri budur ki, ilk şəriət sahibi Hz. Nuh (ə) olub. Nuha (ə) qədərki dövürdə insanlar ədalətə riaət etməklə ictimai nizamı qoruyurdular. Həmçinin ədalətin tələbi budur ki, Allah Təala insanlardan etdiklərinə görə hesab sorsun.

Cihad- dinin və fitrətin zəruri hökümlərindəndir. Cihad müxtəlik formalarda təzahür edir. İnsanın öz nəfsi ilə cihadı, zalimlə cihad, düşmənlə cihad, ədalətsizliyə qarşı sözlə cihad və sair. Haqsızlığa qarşı hər növ mübarizə cihaddır. Bu da o zaman baş verir ki, özün haqlı olasan. Bu da imandan doğur.

İmam (ə) bunları sütun adlandıraıb. Yəni insanda formalaşan iman o zaman sabit və qalıcıdır ki, onun təmləində bu deyilən dörd xüsusiyyət olsun. Əgər bunların hər hansı biri olmasa iman tam formalaşmaz, ya da ki, qarşıya çıxan hadislər mqabilində iman sarsılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.