Maraqlı

Öz dilimizdə olan ayələrə və Allah kəlməsinə dəstəmazsız toxunmaq olmarmı?

22 İyul 2018 23:50
2 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəriətin buyurduğuna görə dəstəmazsız halda Quran yazılarına toxunmaq olmaz. Amma dəstəmazsız Quranın cildinə toxunmağın, ona baxmağın, vərəqləməyin, oxumağın eybi yoxdur.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Allah kəliməsinə- اللَّهِ  Ləfzi Cəlalə deyilir. Dəstəmazsız ləfzi cəlaləyə toxunmaq olmaz.( Sistani: Ehtiyat  vacibə görə caiz deyil. Hətta mürəkkəb  bir adın tərkibində olsa belə)

1-Bəs öz dilimizdə və ərəb dilindən başqa dillərdə olan "Allah" kəlməsinə dəstəmazsız toxunmaq olarmı?

Cavab- Hansı dildə olmasından aslı olmayaraq dəstəmazsız Allahu Təalanın adına toxunmaq haramdır.  Həmçinin Peyğəmbərin (s) , İmamların və Xanım Zəhranında (ə) adları bu hökümdədir. (İmam Xomeyni)

2-Tərkibində Allah kəlməsi işlənən mürəkkəb adlar da bu hökümdərirmi? (məs- Abdullah).

Allah kəlməsinə dəstəmazsız toxunmaq işkallıdır. Bu kəlimə mürəkkəb adın tərkibində olsa belə.

3-Elə kəlmələr vardır ki, Quranla ortaq kəlmədir, onlara dəstəmazsız toxunmaq olarmı? Məs-Bəni İsrail kimi?

Quranla ortaq olan kəlmələr əgər mövzuda Qurana aiddirsə dəstəmazsız toxunmaq olmaz. Amma mövzuda Qurana aid deyilsə toxunmağın eybi yoxdur.

4-Ərəb dilindən qeyri dildə olan Quran ayələrinə dəstəmaz olmadan toxunmaqın hökmü nədir?

Quranın yazısına  dəstəmazsız toxunmaq, yaxud bədənin hər hansı bir hissəsi toxundurmaq haramdır. Amma Quranın tərcüməsinə dəstəmazsız toxunmağın işkalı yoxdur. (İmam Xomeyni, Ayətullah Lənkərani, Sistani, Zəncani, Behcət, Məkarim Şirazi).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.