Maraqlı

İnsan bilmədiyi mövzu barədə mübahisə edərsə, kor kimi olar

17 İyul 2018 23:40
0 Şərh     Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhli-Beyt (ə) məktəbinin ən böyük alimlərindən olan mərhum Şeyx Bəhayi buyurur: "Hər kim yersiz işlərə həvəs göstərər - haqqa çatmaz. Hər kim nadanlıq üzündən düşmənçilik edər - gözləri haqqı görməkdən kor olar. Hər kim haqdan yolunu azar - yaxşılığı pis kimi qarşılayar. Pisliyi yaxşılıq kimi qəbul edər, yolunu azmaq mehi ilə məst olar. Hər kim düşmənçilik edər - yolu hamarsız və dəhşətli olar. İşləri çətin olar, bayıra çıxmaq yolu üzünə bağlı olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bizim dini mərifətimizə əsasən həm yolumuz vardır, həm də vəzifələndirilmişik. Ancaq Allahın zatı barəsindəki həqiqətlər sonsuzdur. Hər kimin yolu Allaha tərəf olar, ancaq o səmtə tərəf meyli olar. Bu sifət saliklərin sifətlərindəndir.

Quranın qadağan etdiyi mövzulardan biri - mübahisə etməkdir. Hər kim bilmədiyi mövzuda mübahisə edərsə, korluğu davam edər. Münaqişə mövzusu da bu cürdür. O kəs ki, dava edər, həm öz qüdrətini azaldar və həm də qarşı tərəfin qüdrətini. Bir başqası ki, onunla dava edər - həm öz qüdrətini azaldar, həm də qarşı tərəfin. Ona görə də davanın sonu ancaq belədir.

O kəs ki, yolunu azar - yaxşını pis kimi görər. Quran onları münafiq adlandırmış və buyurmuşdur: "Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar". ("Tövbə" 67).

Din onlar üçün heç nə olar. Çünki yaxşını pis və pisi yaxşı görərlər".

Xülasə bu böyük alim demək istəyir ki, yolunu azan insan pisi yaxşı kimi gördüyü üçün, həmin pis əməlləri ipək kimi öz ətrafına dolayar.

Nəticədə ortasında qalıb can verər. Çünki hər kim yolunu azar və batil işlərlə məşğul olar - nicat tapması üçün yol tapmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.