Maraqlı

Niyə Aya baxanda salavat çevirirlər?

17 İyul 2018 21:45
7 Şərh     Baxış: 3 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niyə müsəlmanlar Aya baxanda salavat çevirirlər?

Ay Həzrət Mühəmməd Peyğəmbərin (s) ən məşhur möcüzələrindən birinin - şəqqül-qəmər möcüzəsinin obyektidir. Vaxtilə Məkkə müşrikləri o həzrətin peyğəmbərliyinin sübutu kimi tələb etmişdilər ki, göydəki Ayı iki yerə bölsün.

Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbərin duasından sonra Onun barmaq işarəsi ilə Allah göydəki Ayı iki yerə böldü. Bu möcüzənin hansı formada həyata keçməsi barədə müxtəlif fikirlər var. Bəzilərinin fikrincə, Allahın əmri ilə Məkkə müşriklərinin gözündə Ay iki yerə parçalanmış kimi görünmüş, sonra avvəlki hala qayıtmışdı. Müsəlmanlar bu möcüzənin xatirəsi ilə Aya baxanda Peyğəmbərin ruhuna salavat deyirlər. Həmçinin, dini mənbələrdə Peyğəmbərin çöhrəsi gözəllik əlaməti olaraq 14 gecəlik Aya (bədr) bənzədilir. Müsəlmanlar Aya baxanda o həzrətin çöhrəsini görürmüş kimi salavat söyləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.