Maraqlı

Uçan maşınlar gələn ildən satışa çıxarılır -VİDEO

17 İyul 2018 08:46
1 Şərh     Baxış: 4 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pilot vəsiqəsinə ehtiyac olmayan uçan maşınların təlim uçuşları uğurla başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən "Opener" firması tərəfindən istehsal edilən "BlackFly" adlandırılan uçuş aparatları saatda 100 km sürətlə hərəkət edə bilir. Elektrik enerjisi ilə işləyən bu aparatlar 40 km məsafəni rahatlıqla qət edə bilir.

KİV-də insan daşıya bilən dronlara bənzədilən "BlackFly" uçuş aparatlar 4 metr uzunluğa, 1,5 metr hündürlüyə, 4,2 metr enə malikdir. Pilot kabinəsinin hündürlüyü isə 2 metrdir və 113 kiloqrama qədər yük daşıya bilir.

Şirkət aparatların satışına 2019-cu ilin əvvəllərindən start verəcək.

Qeyd edilir ki, ilkin olaraq "BlackFly"ların qiyməti yüksək olsa da, gələcəkdə normal avtomobillərin qiymətinə təklif olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Uçan maşınlar gələn ildən satışa çıxarılır - SINAQDAN UĞURLA ÇIXDILAR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.