Maraqlı

Bezosun gəmisi: Kosmik turizmin qiyməti məlum oldu

17 İyul 2018 08:35
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən zəngin adamı Ceff Bezosun "Blue Origin" aerokosmik şirkətinin təşkil edəcəyi kosmik turizmin təxmini qiyməti açıqlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "New Shepard" gəmisində kosmosa uçmaq istəyənlər 200-300 min dollar arası pul ödəyəcəklər.

İyun ayında şirkət nümayəndələri bildiriblər ki, tezliklə "New Shepard"ın sərnişinlərlə birlikdə testləri başlayacaq, kosmik turistlər üçün bilet satışı isə gələn ilə planlaşdırılır.

"New Shepard" suborbital uçuşlar üçün nəzərdə tutulan çoxistifadəli gəmidir. O, pilot tərəfindən idarə olunan və 6 sərnişin tutan kapsuldan ibarətdir. Gəmi Yerdən 100 km hündürlüyə qalxır. Bu hündürlükdə atmosferlə kosmos arasındakı şərti sərhəd sayılan Karman xətti yerləşir. Turistlər orada bir neçə dəqiqə ərzində çəkisizlik hiss edəcəklər və kosmosun ümumi mənzərəsini görəcəklər.
"New Shepard" vertikal şəkildə, təkpilləli raketin köməyi ilə havaya qalxır. Eniş isə mühərrik və paraşütün köməyi ilə gerçəkləşir. Sistem ilk dəfə suborbital uçuş həyata keçirən amerikalı astronavt Alan Şepardın adı ilə adlandırılıb. İndiyədək "Blue Origin" 8 sınaq uçuşu keçirib. Lakin bu uçuşların heç biri sərnişinlərlə olmayıb. İlk sərnişinlərin şirkətin öz əməkdaşları olacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.