Maraqlı

Yeni əlavə reallıq eynəyi təqdim olunub - VİDEO

17 İyul 2018 08:31
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Magic Leap" şirkəti yeni əlavə reallıq eynəyi prototipini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əlavə reallıq texnologiyasında ixtisaslaşan "Magic Leap" startapı "Google" və "Alibaba" kimi texnoloji nəhənglər tərəfindən dəstəklənir. Yeni qurğu eynək, hesablama platforması və interfeysin idarəetməsi üzrə kontrollerdən ibarətdir.  

Eynək işıq sahəsinin fotonu tərəfindən rəqəmli işığın müxtəlif dərinlik və kəskinliklə generasiya olunduğu "Digital Lightfield" texnologiyasından istifadə edir. Bu işığın təbii işıqla qarışması nəticəsində real dünya ilə uyuşan rəqəmli obyektlər yaranır. Eynək, həmçinin, xüsusi ötürücülər, 6 kamera və 4 mikrofon ilə təchiz edilib.  

Sistem ötürücüləri kontroller olmadan gözlərin, baş və əllərin hərəkətlərini izləyir.

Yayın sonunadək ABŞ-da satışa çıxarılacaq eynəyin qiyməti barədə məlumat verilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni əlavə reallıq eynəyi təqdim olunub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.