Maraqlı

Dərisi qaşınan qadında xərçəng tapılıb

13 İyul 2018 23:33
0 Şərh     Baxış: 3 902

Dəri qaşınması xərçıngə işarə edə bilər? Bu suala əksəriyyətimiz mənfi cavab verəcək.

Dəri qaşınması əsasən allergiya və dəri xəstəlikləri ilə assosiasiya olunur.

Lakin çox nadir hallarda olsa da dəri qaşınması xərçəngin ilk simptomu kimi meydana çıxa bilər. Belə bir hadisə Nyu-York sakini olan Loren Çiarello adlı cavan qadının başına gəlib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, fitnes instruktoru işləyən cavan və sağlam Loren uzun müddət ərzində güclü dəri qaşınmasından əziyyət çəkirdi. Qadının dərisi sağlam idi, onun üzərində heç bir səpki və s. yox idi. Lakin buna baxmayaraq Lorenin dərisi, xüsusilə ayaqlar, qollar və qarın nahiyyəsi o dərəcədə güclü qaşınırdı ki, qadın hətta öz işi ilə məşğul ola bilmirdi.

Loren uzun müddət ərzində müxtəlif müayinələr və testlərdən keçirdi, müalicələr alırdı. Lakin bu heç bir effekt vermirdi.

Xoşbəxtlikdən qadın özü bədənində kiçik şiş tapıb və bu da ona dəqiq diaqnozun qoyulmasına köməklik  edib.

Lorendə limfoqranulematoz (limfa sisteminin xərçəngi) aşkar olunub. Qadın bir neçə kurs kimyaterapiyadan keçib və artıq 8 ildir ki onda xəstəliyin əlamətləri üzə çıxmır.

Ağır xəstəlik olan limfoqranulematozun ilk simptomu 30% hallarda məhz dərinin güclü qaşınması olur.  Qaşınma xəstəliyin digər simptomlarından çox əvvəl əmələ gələ bilər. Bu səbəbdən həkimlər belə səbəbsiz dəri qaşınmasına qarşı diqqətli olmağı çağırır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.