Maraqlı

Demet Akalının əri müflis oldu?

13 İyul 2018 15:15
2 Şərh     Baxış: 2 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurta aid şirkət məhkəmə qərarı ilə müsadirə olunacaq

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, cütlük bir müddətdir maddi problemlərlə üzləşib. 

Xəbərə görə, Demet və Okana aid "Martaş lojistik"in yük maşınları müsadirə olunacaq. Hazırda banklara 100 min türk lirəsinə yaxın borc olduğu deyilir. 1980-ci ildən bəri fəaliyyət göstərən "Martaş lojistik" Türkiyədə xüsusi nüfuza sahibdir və müğənninin qayınatası Abdi Kurt və əri Okan Kurta aiddir.

Bununla yanaşı yük maşınlarının sürücüləri də şirkətin rəsmilərini məhkəməyə verib. Yayılan xəbərlər barədə cütlük heç bir açıqlama verməyib.

Qeyd edək ki, Demet və Okan 2012-ci ildə ailə qurub və cütlüyün Hira adlı bir qız övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.