Maraqlı

İsti hava beyinə belə təsir edir - FOTO

13 İyul 2018 23:21
0 Şərh     Baxış: 2 083

ABŞ-ın Harvard Universiteti isti havanın insan beyninə təsirlərini araşdırıb.

Milli.Az yenicag.az-a istinasən xəbər verir ki, mütəxəssislər apardıqları çoxsaylı təcrübələrlə isti havada beyin funksiyalarının yavaşladığını sübut ediblər. Belə ki, temperatur yüksəldikcə məlumatların beyinə ötürülməsi prosesində nizamsızlıq yaranır. İşçilər və məktəblilər arasında aparılan müşahidə zamanı aydın olub ki, beynin istiyə qarşı dayanıqlı olmaması bütün yaş qrupları üçün keçərlidir. İsti otaqda oturanlar onlara təqdim olunan yaddaş testlərinin həllində olduqca çətinlik çəksələr də, temperaturu tənzimlənmiş otaqda oturanların 80%-i yaxşı nəticə göstəriblər.

İstiyə məruz qalan beyində sinirlərin tezliklərində fasilələrin yarandığı çəkilən tomoqrafiyalarda da aydın görünüb.

Araşdırmanın rəhbəri dr. Jose Guillermo Cedeno-Laurent bildirib ki, əldə olunan nəticələrə əsasən yay məktəblərinin proqramına dəyişikliklər edilməli, müəssisələrdə işin keyfiyyətini qaldırmaq üçün müvafiq tədbirlər görülməlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.