Maraqlı

Dua niyə bəzən gec qəbul olunur?

14 İyul 2018 23:10
0 Şərh     Baxış: 1 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Həsən Müctəba (ə) buyurur: "Hər kim Quranı diqqətlə qiraət edər, sonunda (dua edərsə) əgər məsləhət olarsa, duası tez həyata keçər. Əgər məsləhət olmazsa, gələcəkdə həyata keçər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, deməli, duanın bəzən gec qəbul olunması - İlahi hikmətə birbaşa bağlıdır. Yəni, hansısa səbəbdən Uca Allah duanın qəbul olunmasını təxirə salır ki, insan üçün ən xeyirlisi nazil olsun - ya dünya üçün, ya axirəti üçün, ya da hər ikisi üçün.

Dua, insanın imanına bilavasitə bağlıdır. Bəs imanın həqiqəti nədir?

İmam Sadiq (ə) buyurur: "İman, insanı pak və xalis etməz, məgər o halda ki, Allah onun üçün canından, malından, ata və anasından, övladından, ailəsindən və bütün insanlardan daha sevimli olar".

Eyni zamanda, iman - həya ilə vücudi bağlantısı olan bir keyfiyyətdir.

İmam Əli (ə) buyurur: "İman və həya - iki dostdur ki, heç bir zaman bir-birindən ayrılmazlar".

İmanı kamil edən digər xüsusiyyətlərlə də tanış olaq. İmam Səccad (ə) buyurur: "Dörd sifət vardır ki, hər kimdə olarsa, imanı kamil və günahları bağışlanmış olar. Allahla elə halda görüşər ki, ondan razı olar:

1. İlahi təqva.

2. Düz danışmaq və insanlara qarşı sədaqətli olmaq.

3. Allah dərgahında və insanların qarşısında bütün çirkinliklərdən pak ətəkli və həyalı olmaq.

4. Xoş əxlaqlı və ailəsi ilə xoş rəftar olmaq".

Allahın pənahında olanlar barədə hədisdə isə İmam Səccad (ə) buyurur: "Üç sifət vardır ki, hansı mömində olsa, Allahın pənahında olacaqdır. Qiyamət günü İlahi ərşin rəhmət kölgəsində qərar tutacaqdır:

1. Ehtiyacı olanlara yardımı əsirgəməz.

2. Hər cür hərəkət etməzdən əvvəl gərək düşünsün ki, görmək istədiyi iş və ya demək istədiyi sözdə Allahın razılığı vardırmı və ya Onun qəzəbinə səbəb olacaqdır.

3. Başqalarının eybini axtarmazdan əvvəl, öz eyblərini aradan qaldırmağa çalışar".

Dua bəhsinə qayıdaraq, onun zəruri bir amilinə də diqqət edək. Bəlli olur ki, Peyğəmbərə (s) itaət etmək nemətin nazil olmasına səbəb olar. İmam Hüseyn (ə) buyurur: "Əgər insanlar Allahın və Peyğəmbərinin (s) sözlərini eşitsəydilər, səma - yağışı, torpaq - bərəkətini onlara bağışlayardı. Bu ümmətdə heç bir zaman münaqişə yaranmazdı. Hamı dünyanın nemətindən Qiyamətə qədər faydalanmış olardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.