Maraqlı

Həzrət Musanın (ə) həyat yoldaşının peşmançılığı

14 İyul 2018 22:45
6 Şərh     Baxış: 3 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların əksər hissəsi aqibətlərinin xeyirli olmasını istəyərlər. Ancaq bəzən elə bəyənilməyən işlər görərlər ki, aqibətlərini xeyirlə xətm etməz.

Bu cür insanlardan biri də həm peyğəmbərin həyat yoldaşı və həm də peyğəmbər övladı olan Səfura idi.

Quran buyurur: "O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: "Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım"". ("Taha" 10).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədə Həzrət Musanın (ə) həyat yoldaşı Səfuraya işarə edilmişdir. Bu, o halda olmuşdu ki, Həzrət Musa (ə) ailəsi və heyvan sürüsü ilə birlikdə Şuəybin evini tərk edir və Misir üçün yola düzəlir. Yolda istiqaməti itirir və azır. Çoz qaranlıq və zülmətli bir gecə idi.

Qoyunlar səhrada dağılmağa başlayır. Od qalamaq istəyir, ancaq odu yandıra bilmir. Bu zaman hamilə xanımının sancıları tutur.

Onu qəribə bir tufan əhatə edir. Bu zaman Həzrət Musa (ə) uzaqda bir alov görür. Bu nur - İlahi nur idi. Musa (ə) od əldə etmək üçün ona tərəf hərəkət edir.

Amma Həzrət Musanın (ə) həyat yoldaşı peyğəmbər övladı olsa da, təəssüf ki, yolunu azanlardan olur. Şeytanın (lən) vəsvəsəsi nəticəsində sonralar - həyat yoldaşının vəfatından sonra - onun vəsisi və xəlifə ilə mübarizə aparır. Bəni-İsrayilin münafiqləri də ona qoşulur və o, Yuşanın əleyhinə qiyam edir. Ancaq Yuşa bu mübarizədə qələbə çalır.

Qiyamçıların bir dəstəsi ölür, bir dəstəsi qaçır. Səfura isə əsir düşür. Ətrafında olanlar Yuşaya deyirlər ki, onu cəzalandırsın. Ancaq o, Səfuraya deyir: "Dünyada səni bağışlayıram, ancaq Qiyamət günü Həzrət Musanın (ə) hüzurunda səndən şikayət edəcəyəm".

Səfura deyir: "Vaveyla! Allaha and olsun ki, əgər Allah behişti mənim üçün mübah edərsə, böyük xəcalət çəkəcəyəm ki, Onun peyğəmbərinin (ə) vəsisinə qarşı qiyam etmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.