Maraqlı

Dalğalara ehtiyacı olmayan serfinq taxtası

14 İyul 2018 19:45
0 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Flaytbord adlı serfinq taxtası, sahib olduğu elektrikli mühərrik sayəsində dalğasız dənizlərdə belə kefli bir şəkildə serfinq etmənizə imkan verir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, serfinq etmək bir çox insan üçün əyləncəli olsa da, həm dənizin uyğun şərtlərdə olması, həm də havanın uyğun olması əsas şərtlərdir. Buna görə hər dənizdə serfinq etmək mümkün deyil. Lakin Flaytbord, serfinq etmək üçün küləyə və dalğalara olan ehtiyacı tamamilə ortadan qaldırır. Yaxşı bir tarazlığa sahib olmaq, Flaytbord istifadə etmək üçün kifayətdir.

Dizayn olaraq standart bir hidrofoil serfinq taxtasına bənzəyən Flaytbordun ən böyük fərqi, döşəməsinə bir elektrikli mühərrik yerləşdirilməsidir. Bu elektrikli mühərrik, arxasındakı pərvanəni çevirir və beləcə dalğasız bir dənizdə serfinq kefi yaşaya bilərsiniz. Saatda 40 kilometr maksimum sürətə çata bilən Flaytbord, tək batareya ilə 25 kilometr gedə bilir.

Mühəndislərin dediyinə görə Flaytbord, serfinqçinin ağırlığına və suyun vəziyyətinə də bağlı olaraq tək batareya ilə 1 saat istifadə ömürü təqdim edir. Flaytborda nəzarət etmək üçün isə üzərindəki OLED ekrandan mövcud sürəti, qalan batareya ömürünü və qət edilən məsafəni göstərən Flayt Kontrol adlı bir kabelsiz əlaqəli bilərzik istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.