Maraqlı

“Tesla”nın sabiq texnoloqundan şirkətə şok ittiham

14 İyul 2018 08:15
0 Şərh     Baxış: 893

İyunun 19-da "Tesla" tərəfindən işdən çıxarılmış texnoloq Martin Tripp ABŞ-ın Birjalar və Qiymətli Kağızlar üzrə Komissiyasına müraciət edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, M. Tripp şirkəti investorları aldatmaqda və statistikanı süni şəkildə yüksəltməkdə suçlayıb.

Texnoloq qeyd edib ki, son bir neçə ay ərzində "Tesla" bəyan etdiyindən 44% daha az "Model 3" istehsal edib, eyni zamanda, avtomobillərdə xarab batareyalar və qırılmış detallar quraşdırıb.

"Tesla" isə bu ittihamları rədd edib və bunu işdən çıxarılmaya görə qisas cəhdi adlandırıb. Şirkət məhkəmədə texnoloqa qarşı iddia qaldıraraq onu zərərli proqram təminatı hazırlamaqda ittiham edib. Belə ki, M. Trippin "Tesla"nın istehsal sistemini "sındıran" proqram hazırladığı və kənar şəxslərə bir neçə giqabayt məxfi informasiya ötürdüyü bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.