Maraqlı

"Musiqinin paytaxtında doğulmusan" - Türk musiqi müəllimi Azərbaycan haqqında - VİDEO

12 İyul 2018 16:35
1 Şərh     Baxış: 2 788

Youtube video izləmə platformasında müxtəlif musiqiçilərin səs analizini edən Əmrə Yücələn azərbaycanlı gənc musiqiçi Əli Türkoğlu (red. Bayramov) ilə birlikdə videosunu paylaşıb.

Milli.Az xəbər verir ki, Əlini verlişinə çağıraraq onun səsini canlı analiz edən Əmrə Azərbaycanı musiqinin paytaxtı adlandırıb.

Yücələn bu günə kimi Alim Qasımov, Azər Zeynalov, Tacir Şahmalıoğlu, Tünzalə Ağayeva və Sevda Ələkbərzadə kimi musiqiçilərin səs analizlərini də edib. Azərbaycan musiqisini çox sevən Əmrə yaxın keçmişdə ölkəmizə səfər etmiş, gənc musiqiçilərlə görüşmüşdü.

Qeyd edək ki, Əli Türkoğlu Youtube-da ən çox izlənən azərbaycanlı musiqiçidir. Onun türk müğənni Tuğçe Kandemirlə birlikdə səsləndirdiyi "Bu benim öyküm" parçası 104 milyon dəfə izlənib.

Əli və Əmrənin birlikdə vidousunu təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin:

Adil Nəcəfov
Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    111 · 12 İyul 17:3730

    Meshur oldun getdin, Eli, halaldir)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.