Maraqlı

“Eurovision” təmsilçisi maşınında ölü tapıldı

12 İyul 2018 16:03
0 Şərh     Baxış: 2 354

"Eurovision- 2011" mahnı müsabiqəsində Makedoniyanı təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı sənətçi paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb. 

Makedoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçının cəsədi tibbi ekspertiziyaya göndərilib, ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Vlatko Almaniyada keçirilən "Eurovision" yarışmasında ölkəsini "Rusinka" mahnısı ilə təmsil etmişdi. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.