Maraqlı

NASA astronavtların Ayda yıxılmalarını göstərdi - VİDEO

13 İyul 2018 07:14
0 Şərh     Baxış: 1 759

Yəqin ki hər biriniz astronavtların Ayda hoppanaraq hərəkət etməsinin kadrlarını görmüsüz. Ancaq NASA-da kosmonavtların yöndəmsiz yıxılmalarının əks olunduğu videokadrların kolleksiyası var. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "ScienceAlert" məlumat yayıb. 

Yıxılmaların səbəblərindən biri cazibə qüvvəsinin səviyyəsinin aşağı olmasıdır. 

NASA Ayda yıxılan hər bir astronavtla bağlı hesabat hazırlayıb. 

Belə ki, "Apollo-15" missiyası Ay səthinin müxtəlif məntəqələrində olan astronavtların metabolizminin sürətinin öyrənilməsi ilə məşğul olublar: yuxarı, aşağı və üfiqi səthdə. Ekipaj üzvləri müvazinətini itirərək, sürüşməyə başlayıb və nəticədə Ay səthi ilə əlaqəsini itirib. Əvvəlki vəziyyətinə qayıtmaq istərkən o, özünü çətin vəziyyətə salıb və sonda əlləri üstə yıxılıb. 

"Apollo-16" missiyasının astronavtları Aydakı cazibə qüvvəsini daha yaxşı öyrənmək üçün Yer və Ay səthində hərəkətin fərqlərini qiymətləndirməli idilər. Ekipaj üzvləri hər hansı əşyanı qaldırmaq istəsələr də, hər dəfə yıxılıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
NASA astronavtların Ayda yıxılmalarını göstərdi

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.