Valideynləri alış-verişə getmiş kiçik bacı-qardaş oynamağa başlayıblar. Onlar eyvana çıxıblar, atılıb-düşəndə isə eyvanın döşəməsini təşkil edən qəfəsin dəmir barmaqlıqları arasına düşüblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 3 metr hündürlükdə başları dəmirlər arasına ilişib asılı qalmış balacaların səslərinə qonşular qaçıb gəliblər.
Olay Çinin cənub-qərbindəki Çunsin vilayətində yaşanıb.
Qonşular uşaqları xilas ediblər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: