Maraqlı

Meteoroloqlar: 2018-ci ilin iyunu havanın müşahidə tarixində ikinci ən isti ay olub

11 İyul 2018 23:31
0 Şərh     Baxış: 3 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin iyun ayı bir çox ölkələrdə görünməmiş dərəcədə isti keçib. Avropa orta müddətli hava proqnozları mərkəzinin məlumatına görə, iyun ayı hava və iqlimin sistemli müşahidəsi tarixində ikinci ən isti ay olub. Bu barədə Dünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, meteoroloqlar 2018-ci ilin iyun ayında temperaturun Sibirin şimalında hədsiz isti, ABŞ-ın böyük hissəsində, Kanadanın və Şimali Afrikanın mərkəzində, habelə Yaxın Şərqdə və Çinin şimalında ortadan xeyli yüksək olduğunu bildiriblər.

ABŞ-da isti günlər iyulda da davam edir. Bu ayın əvvəlində Kaliforniya ştatının Çino şəhərində 48,9° isti, Burbank aeroportunda 45,6° isti qeydə alınıb. Ölüm Vadisi Milli Parkında iyulun 8-də temperatur 52° isti olub. Dünya Meteoroloji Təşkilatı bu yerdə 1913-cü il iyulun 10-da Yer kürəsində mütləq rekord temperaturun - 56,7° istinin qeydə alındığını xatırladıb.

Kvebekdə (Kanada) isti hava və rütubət onlarca insanın ölümünə səbəb olub.

Uarqlada (Əlcəzair) iyulun 5-də temperatur müsbət 51°C olub. Omanda Məsqətdən cənubda iyunun 24-də temperatur gecə-gündüz 42,6°C-dən aşağı düşməyib, yəni axşam və səhər də hədsiz isti olub.

Builki iyun və iyul ayları təkcə istilərlə deyil, güclü yağışlarla da müşayiət olunur. Yaponiyada leysan və torpaq sürüşməsindən 160-dək insan ölüb. İyulun 10-da "Mariya" tufanı Tayvana çatıb. Küləyin ani şiddəti saatda 250 kilometrə çatıb ki, bu da üçüncü dərəcəli qasırğaya uyğundur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.