Maraqlı

Xarici ölkəyə ilk dəfə səfər edənlər üçün məsləhətlər

10 İyul 2018 23:12
0 Şərh     Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən xarici ölkəyə ilk dəfə gedənlərə lazımı məsləhətlər verir:

1. Uzun müddətli səyahət üçün mobil operator seçimi - getdiyiniz ölkədə hansı mobil operatorun daha qənaətli olduğunu qabaqcadan müəyyənləşdirin və ora gedərkən dərhal yeni nömrə alaraq doğmalarınızla istədiyiniz qədər rahat danışın.

2. Götürəcəyiniz əşyaların siyahısı - getdiyiniz ölkədə neçə gün qalacağınızdan asılı olaraq siyahı hazırlayın. Son anda sizə lazım olan əşya yaddan çıxmasın. Çünki getdiyiniz ölkədə həmin əşya olmaya və ya çox baha ola bilər.

3. Xarici pasport və viza - qabaqcadan viza məsələlərini həll edin, pasportunuza nəzər yetirin. Hətta biletinizi və qalacağınız yeri də öncədən müəyyənləşdirsəniz, daha rahat ola bilərsiniz.

4. Qaldığınız otel və ya ev ətrafı məlumatlar - yaxşı olar ki, qabaqcadan getdiyiniz ölkənin küçələri, şəhərləri haqda məlumatınız olsun. Əks halda, tanımadığınız şəhərdə itmə ehtimalınız ola bilər.

5. Enerji aləti - hara getməyinizdən asılı olamayaraq, özünüzlə mütləq enerji aləti götürün.

6. Restoran və kafelər haqda məlumat - getdiyiniz ölkədəki restoran və kafelər haqda da məlumatınız olsa, pis olmaz. Qabaqcadan istədiyiniz mətbəxi istədiyiniz yerdə dada bilərsiniz.

7. Pul - xarici ölkəyə gedirsinizsə, mütləq özünüzlə kifayət qədər pul götürün. Bu, həmdə orada sizə lazım olar, həm də doğmalarınıza hədiyyə almağa çatar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.