Maraqlı

Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi

12 İyul 2018 22:50
0 Şərh     Baxış: 2 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran bir ilahi lütf olaraq əhatəli bir kitabdır. Bu kitab əqidəvi, əxlaqı, şəri, tarixi və bir çox maarifləndirici mühüm sahələri əhatə edir. O cümlədən insana dua təfəkkürünü öyrədir.

Dua etmək yalnız istəməkdən ibarət deyil. Əslində dua, istəmək təfəkkürünə sahib olmaq deməkdir. İnsanın istəyəcək yerini bilmək, nə istəyəcəyini bilməkdir.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Quranın dua nümunələrindən biri də Furqan surəsinin 65-ci ayəsidir:

رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ

Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur!

Quran bu duanı möminlərin dilindən zikr edir. Hətta Quran, möminləri "Rəhmanın bəndələri" deyəri deyərək xatırladır:

-Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.

-Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.

-Və belə deyərlər: 'Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!  (Furqan-63-64 -65)

İnsanın yetişə biləcəyi ən uca məqam Rəhmana bəndə olmasıdır. İnsan dünya və axirət izzətini, şərəfini yalnız Allaha itaətdə və bəndəçiliylə əldə edə bilər:

"Həqiqətən şərəf-şan, izzət (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!"  (Munafiqin-8)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.