Maraqlı

Səbr çox mühümdür, xüsusən bu yerlərdə - Həzrət peyğəmbər

12 İyul 2018 21:40
1 Şərh     Baxış: 1 707

Səbr daima insana lazım o, onu biran belə terk etməməli olduğu xislətlərdəndir. Çünki insan ömrünün hər anı onun üçün imtahan mərhələsidir. Quran insan həyatını, bütövlükdə ömrünü imtahan adlandırır:

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur." (Mülk-2)

Ayə təsdir edir ki, insanın həyatı imtahandır. Bu imtahanlar qarşısında mətin və üzü ağ dayanmaq üçün insana öncə səbr lazımdır. Öncə insanın köməyinə bu xislət yetişir, sonra insan imanı və təfəkkürü ilə üzləşdiyi hadisəni təhlil edir.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Allah rəsulundan (s) nəql olunan hədisdə insana səbrli olmağ tövsiyə olunur. Xüsusən 3 yerdə:

-Müsibət zamanı

-İtaət zamanı

-Günah qarşısında

Bu 3 hal demək olar ki, həyatının bütün mərhələlərini ümumi şəkildə özündə əks etdirir. Müsibət dedikdə hər cür agır bəlalar, insanın xoşlamadığı hər cür həyati "sürprizlər" nəzərdə tutulur. İnsan gərək səbrli olsun ki, üzləşdiyi bu hadisənin təsirindən çıxa bilsin.

Digəri isə itaət qarşısında səbrdir. İnsan bu istiqamətdə səbrli olmalıdır ki, Allahın ona vacib buyurduğu bütün əməlləri icra edə bilsin.

Yaxud günahlar qarşısında səbr. Bu səbr əsasən insanın içtimai fəaliyyəti ilə əlaqədardır. İstər işdə olsun, istər məktəbdə, yaxud harda olmasından aslı olmayaraq insan gərək Allahın ona qadağan etidi işlərdən səbr və əzimlə çəkinsin.

Səbr etmək heç də aciz olmaq, hadisələr qarşısında heç bir iş görməmək mənasında deyildir. Əslində təmkinli olmaq, qəzəbi boğmaq, məntiqli düşünmək və Allahın razılığını düşünmək mənasındadır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 12 İyul 22:0620

    Ən yaxşı insan səbirli olmağı bacarandır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.