Maraqlı

Yəhudi alim müsəlman oldu

12 İyul 2018 23:20
4 Şərh     Baxış: 2 265

Yəhudi elm adamı apardığı araşdırmaların Quranla uzlaşdığını gördükdə İslamı qəbul edib. Robert Gillham embriologiya ilə məşğul olan alimlərdən biridir. O qadın bətnində kişinin izlərini araşdırdıqdan sonra Quranda qadının həyat yoldaşından ayrıldıqdan və ya ölümündən sonra gözlədiyi iddə zamanı məsələsi ilə tanış olur

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Misirdə Milli mərkəzdə Tibbi analizlər üzrə professor olan Dr. Abdulbasıt Muhammed Es Seyyid Robert Gilhamın hekayəsini belə anladıb: "Albert Eynşteyn adına inistitutda yəhudilərin lideri olan Robert Gillham əldə etdiyi elmi nailiyyət Qurani-Kərimdə mövcuddur. O da iddə zamanı haqqında ayələrlə tanış olduqdan sonra İslam dinini qəbul etdi.
Daha sonra o sözlərinə belə davam edib: "Robert Gillham elmi sübutları gördükdə qane oldu. Bu elmi kəşflərə görə kişi qadınla birlikdə olduqdan sonra qadında xüsusi izlər buraxır. Bu izlər cinsi münasibət olmadıqda hər ay 15-25% aradan gedər. 3 ay sonra isə bu izlər tamamilə yox olar. Boşanmış qadın başqa bir kişi ilə münasibətə girməyə tamamilə hazır vəziyyətə gələr".

Dr. Abdulbasıt Muhammed Es Seyyid bu araşdırmalara görə alimin Amerikada müsəlman afrikalıların yaşadığı məhəlləyə baş çəkməsinə səbəb olduğunu deyib. Orada araşdırma apararkən alim aşkarlayıb ki, burada qadınlar yalnız öz həyat yoldaşlarının izlərini daşıyırlar. Digər dinlərin daşıyıcılarında isə birdən çox kişinin izini gördükdə öz həyat yoldaşının da vəziyyətini araşdırır. Bu zaman isə xəyanətlə üzləşir. Ondan sonra 3 övladının DNK testini edən alim o uşaqların yalnız birinin atası olduğunu öyrənir. Robert Gillham elə bu hadisələrdən sonra İslam dinini qəbul edir.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Insan · 12 İyul 23:41121

    Cox maraqli meqaledi

    Cavab yaz
  • Anonim
    musəlman · 13 İyul 05:12117

    kül başına din tapmadınmı qəbul etməyə, arvadın sənin gəzəyən olub, elə bilirsən, müsəlman qadınları sadiq olur sizinkilər aşkar, bizimkilər xəlvət edir hahaha özüdə günah qadında deyil kişidədir

    Cavab yaz
    • Anonim
      Muselmana · 13 İyul 08:12101

      Yazi terzin senin seviyyenin mehsuludur.Yasha...

      Cavab yaz
  • Anonim
    Lola · 13 İyul 06:3990

    Allah izzet ve celal sahibidir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.