Maraqlı

İnsan olmaq ləyaqəti hər kəsə nəsib olmur

12 İyul 2018 22:45
1 Şərh     Baxış: 783

Quran buyurur: "Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir". ("Şura" 27).

Bu ayədən göründüyü kimi, Allah bilir ki, kimə çox və kimə az ruzi vermək lazımdır. Çünki Allah hər kəsdən bəndələrinə qarşı daha agahdır.

Həzrət Musa (ə) yolunun üstündə bir yoxsul insan görür və o, peyğəmbərindən istəyir ki, Allaha dua etsin və ruzisini çoxaltsın.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Musa (ə) da Allaha dua edir ki, onun ruzisini çoxaltsın.

Allah həmin yoxsul şəxsə ruzi verir və zəngin edir. Bir gün Həzrət Musa (ə) bir keçiddən keçirdi və çox sayda insanların toplaşdığını gördü. Yaxına gələndə gördü ki, məmurlar bir nəfəri həbs ediblər. Həmin şəxsi görəndə başa düşdü ki, həmin yoxsul şəxsdir ki, təzə zəngin olmuşdur. Dövlət adamlarından onu niyə həbs etdiklərini soruşanda onlar dedilər: "Bu şəxs şərabxordur və günahsız bir insanı öldürmüşdür".

Bəli, budur Allahın hikməti. Allah öz hikməti üzrə ruzini bölüşdürür.

Ona görə də kimə az və kimə çox verəcəyini yaxşı bilir.

Bu kəsə ruzini artıranda, o, azğınlıq etdi.

Allah Təala aqibətimizi xeyirli etsin.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Süleyman · 12 İyul 23:0200

    Doğrudan da çox gözəl sözlərdir, ancaq çox təəssüf ki, bizdə bir çoxlarına bu sözlər aid deyil.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.