Maraqlı

Dünyanın ən varlı insanları açıqlanıb

12 İyul 2018 07:33
2 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bloomberg" agentliyi növbəti "Bloomberg Billionaires Index" (BBI) indeksini dərc edərək "Amazon" şirkətinin rəhbəri Ceff Bezos, "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts və "Facebook" şirkətinin yaradıcısı Mark Sukerberqin dünyanın ən varlı insanlar reytinqində lider mövqelər tutmasını açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, reytinqə görə, ilk üç pillədə ilk dəfə olaraq İT biznesinin nümayəndələri qərarlaşıb.

Siyahıda birinci yeri tutan Ceff Bezosun sərvəti 142 milyard dollar, ikinci mövqedə yer alan Bill Qeytsin 94,2 milyard dollar, üçüncü pillədə qərarlaşan Mark Sukerberqin isə 81,6 milyard dollar dəyərində qiymətləndirilib. Həmçinin liderlər onluğuna əvvəllər reytinqdə ikinci yer tutan ABŞ sahibkarı Uorren Baffet (81,2 milyard dollar) daxil olub.

Qeyd edək ki, indeks milyarderlərin paya malik olduqları şirkətlərin səhmlərinin dəyəri və maliyyə hesabatları əsasında hesablanır. Bir sıra şirkətlərlə bağlı hesablama şirkətin kapitallaşma dəyərinin "EBITDA" (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) və ya səhm dəyərinin səhm üçün gəlir nisbəti üzrə aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.