Maraqlı

Məşhur aktyora yanlış müalicə etdilər xərçəng oldu

11 İyul 2018 02:30
2 Şərh     Baxış: 2 448

Türkiyəli aktyor Ali Rıza Soydan Belçikada bir xəstəxanada yanlış müalicə alıb. Elə buna görə də həkimlər onun xərçəngdən əziyyət çəkdiyini vaxtında anlaya bilməyiblər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun xəstəliyi buna görə də irəliləyib. 7 ildir Belçikaya köçən və orada yaşayan aktyor restoranda işə başlayıb və ağciyər rentgeni tələb olunub. Nəticədə ağciyərində ləkə görülüb və aktyora vərəm diaqnozu qoyulub. 5 gün həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb.

6 ay müalicəsi davam edən Soydana həkimlər allergiyası olduğunu deyib və antibiotik dərmanlar veriblər. 6 ayın sonunda isə aktyora xərçəng diaqnozu qoyulub.

Ali həkimlərə "Sizlərə inanmıram, 6 aydır yanlış dərmanlar içirəm" söyləyib. Aktyor daha sonra başqa xəstəxanaya gedib və həkimlər onun xərçəng olduğunu təsdiqləyiblər. 

Daha sonra əməliyyat olunan Rıza "Həkimlər dedi ki, şiş yayılıb, hamısını götürə bilmərik. Bir parçanı analiz üçün götürüblər. Mənə isə kimyaterapiya ediləcək. Başqa bir həkimə getdim, orada da dedilər ki, şiş bədxassəli deyil, niyə kəsilməyib? Başa düşdüm ki, 1 ildir sağlamlığıma ciddi ziyan vurub, üstümdə təcrübə aparırlar" deyə, sözlərinə əlavə edib. 

Aktyor polisləri məhkəməyə verəcəyini deyib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    cicek · 11 İyul 08:4200

    polisi niye verirki mehkemeye?

    Cavab yaz
  • Anonim
    Azer · 11 İyul 10:3100

    hekimleri olar eee

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.