Maraqlı

Su üstündə hərəkət edən avtomobil

10 İyul 2018 22:45
0 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yagalet firması, istər yolda, istər suda gedə biləcək xüsusi bir süzülmə texnologiyası istifadə edən yeni avtomobil dizaynını meydana çıxardı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yagalet əksər insanı özünə heyran edəcək yeni avtomobil dizaynını hazırladı. Bir idman avtomobili olaraq qarşımıza çıxan yeni Yagalet avtomobili, yalnız yollarda deyil, suda da gedə bilir. Söz mövzusu texnologiyanın patentini almaq üzrə olan Yagalet, eyni texnologiyanı SUV, miniven və digər vasitələrdə də istifadə edəcək.

Hoverkraft sistemini bir evə yerləşdirəcəyini söyləyən Yagalet, texnologiyanın necə işlədiyi mövzusunda isə bir məlumat vermədi. Verilən şərhə görə sürücülər, kabinin içində olan bir qol köməyi ilə vasitənin altında olan şişmə yastıqları aça biləcək. Şişmə yastıqlar sayəsində havada süzə bilən avtomobil, standart avtomobillərin irəliləyə bilmədiyi bir çox yerdə irəliləyə biləcək.

Yagaletin şərhinə görə yeni sistem, hoverkraft avtomobillər və digər uçan nəqliyyat vasitəsilərin yaşadıqları təməl problemlərə fərqli bir yanaşma təqdim edir. Şirkətin şərhinə görə standart uçan avtomobillər üçün pilot səlahiyyəti alınması lazımdır. Öz inkişaf etdirmiş olduqları sistem isə, bu problemi ortadan qaldırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.