Maraqlı

Bu qurğu qoxunu müəyyən edəcək

10 İyul 2018 08:01
1 Şərh     Baxış: 589

Yaponiyanın "Tanita" şirkəti qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən "ES-100" cihazını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihazdan istifadə etmək üçün onu işə salmaq və sensoru bədənin lazımi hissəsinə yaxınlaşdırmaq tələb olunur. On saniyədən sonra ekranda onballıq şkala üzrə qiymətləndirmə görünməyə başlayır. Göstərici 5 bal səviyyəsində olan zaman istehsalçı təmiz geyim geyinməyi və duş qəbul etməyi tövsiyə edir.

"Tanita ES-100" qurğusu həm tər, həm də parfümeriya iyinə reaksiya verir.

Hazırda yalnız Yaponiyada satışa çıxarılan "ES-100" cihazının qiyməti 14 min yen təşkil edir və ciddi geyim tərzinə üstünlük verən şirkətlərdə çalışan kişilər üçün nəzərdə tutulub.

Təlimata görə, sensordan 2 min dəfə istifadə etmək mümkündür.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 İyul 08:3700

    Gerek bundan sifaris verim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.