Maraqlı

Avstraliyada pasportlar ləğv olunur

10 İyul 2018 07:22
0 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Sidney aeroportunda "Qantas" aviaşirkətinin beynəlxalq reyslərinin sərnişinləri yeni sifətin tanınması sistemini sınaqdan keçirməyə başlayıblar.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, "Facial Recognition System" adlanan inqilabi sistem ümumvətəndaş pasportlarını tam əvəz edəcək. O, əksər sərnişinlərə sənədlər təqdim etmədən bir sıra nəzarət məntəqələrindən keçməyə imkan verəcək.
Sidney Beynəlxalq Aeroportunun baş icraçı direktoru Ceff Kalbert bildirib ki, sifətin tanınması sisteminin tətbiqi yoxlanış prosedurunu tezləşdirəcək və asanlaşdıracaq.

Lakin yeni sistemin əleyhinə çıxanlar da tapılıb. Onlar sistemdə təhlükəsizlik baxımından böyük boşluğun olduğunu düşünürlər. Məsələ ondadır ki, Avstraliyada bu yeniliyin tətbiqi son nəticədə elə məqama gətirib çıxara bilər ki, məlumat emalı mərkəzlərində çoxlu sayda fərdi məlumatlar saxlanılacaq. Onlardan isə cinayətkarlar vətəndaşları xəbərdar etmədən öz məqsədləri üçün istifadə edə bilərlər.  

Avstraliya hökuməti tərəfindən 16,6 milyon dolların ayrılacağı sistemin 2019-cu ilin martınadək "SmartGate" layihəsi çərçivəsində bütün aeroportlarda quraşdırılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.