Maraqlı

Əxlaqsızlıqda suçlanan qadın şallaqlandı - FOTO

12 İyul 2018 15:12
1 Şərh     Baxış: 4 644

İndoneziyanın Açex vilayətində, Lhoksumave şəhərində yerli sakinlərdən biri, əxlaqsızlıqda və fahişəlik etməkdə suçlanan qadın şallaqlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin qadından sonra daha bir qadın əxlaqsızlıq etməkdə suçlandığı üçün cəzalanıb. Sonda isə şəhvətkarlıq və tərbiyəsizlikdə ittiham olunan kişiyə şallaq vurulub.

Banda Açex əyalətinin əksər hissəsində Şəriət məhkəmələri fəaliyyət göstərir.

İndoneziyanın hakimiyyət dairələri, ictimai təşkilatları və hüquq müdafiəçiləri Açexdə ictimai yerlərdə insanların Şəriət qaydalarına uyğun olaraq cəzalandırılmasına son qoyulmasını tələb edirlər.

Bu il Açexin qubernatoru İrvandi Yusif və əyaloətin İnsan Haqları İdarəsinin rəhbəri Yuspahruddin arasında imzalanmış anlaşmaya görə, insanların şallaqlanması dayandırılmalıdır.

Anlaşmaya görə, Şəriət qaydalarını pozalanlar qanun qarşısında cavab verməli, cəzalarını da azadlıqdan məhrumetmə məkanlarında çəkməlidir.

Yerli radikal islamçılar isə anlaşmaya etiraz edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Əsranur · 12 İyul 15:2875

    Yazığ heç qırmızı pomadasını da silməyib.Bu pomada yaraşmır heç ona.Bəlkə" Zimnyaya vişnya"çəksəydi,düşərdi...Harda gic-gic qanunlar var,mütləq onu pozanlar daima olacaqlar.Onsuz da bu yazıq qadınları xalça-palaza bürümüsünüz də..Bir də gic-gic qanunlar da bu yandan..Qırılın elə..Bir azdan millətə aparat da yeridəcəklər.Hər şeyi şotçikdən keçirəcəklər.Başdanxarablar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.