Maraqlı

"Tesla" işi sürətləndirdi: Həftədə 5 min elektromobil

5 İyul 2018 08:15
0 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla" şirkətinin rəhbəri Elon Mask yeni "Model 3" elektromobillərinin istehsalında həftədə 5 min ədəd rəqəminə nail olduqlarını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, E. Mask bu barədə əməkdaşlara göndərdiyi daxili məktubunda bildirib. O, gələn ay 6 min ədəd göstəricisinə nail olmağa ümid etdiyini söyləyib: "Hesab edirəm ki, biz əsl avtomobil istehsalı şirkətinə çevrildik".  

E. Mask deyib edib ki, 5 min "Model 3"dən əlavə, 2 min ədəd "Model X" və "Model S" də buraxılıb. "7 gündə 7000 avtomobil", - deyə o, "Twitter"də qeyd edib. İş adamı əməkdaşların fərasətini tərifləyib.

Qeyd edək ki, şirkət ayda 5 min ədəd göstəricisinə 2017-ci ilin sonunda nail olmağı planlaşdırırdı, lakin texnoloji prosesdə baş verən problemlər üzündən bu plan baş tutmayıb. "Tesla" "Model 3"ün yığımına 2017-ci ilin iyulunda başlayıb. Bu avtomobilin qiyməti 35 min dollardan başlayır. Maksimal sürət saatda 210 km təşkil edir. 100 km sürət 5,6 saniyəyə yığılır. Bir dəfə doldurulmaqla 350 km getmək olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.