Maraqlı

Hamilə aktrisa İtaliyada dincəlir - FOTO

21 İyul 2018 23:01
1 Şərh     Baxış: 2 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

39 yaşlı amerikalı aktrisa, ssenariçi və rejissor Keyt Hadson sevgilisi Danni Fuzikava ilə birlikdə İtaliyanın Toskana vilayətində istirahət edir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, aktrisanın faktiki olaraq qeyri-rəsmi nikahda yaşadığı əri, "Chief" qrupunun gitaraçısı və "Lightwave Records" səsyazma leyblinin sahibi D.Fuzikava toy günü barədə heç bir açıqlama verməyib.

Üçüncü övladına hamilə olan aktrisa isə qız anası olacaını yazıb.

Keyt Hadson 2000-2007-ci illərdə rok-musiqiçi Kris Robinsonla evli olub və bu izdivacda Rayder Rassel Robinson doğulub.

Daha sonra aktyor Ouen Uilson, komik Daks Şepard və veloyürüşçü Lens Armstronqla sevgili olan K.Hadson 2010-cu ildə "Muse" qrupunun frontmeni Mettyu Bellamiyə ərə gedib. Bu nikahda aktrisanın ikinci oğlu - Bingem Houn Bellami doğulub.

Hadson və Bellami 2014-cü ilin dekabrın 9-da ayrılıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.