Maraqlı

Bu gün "Taxtlar oyunu"nun ulduzlarının toyudur - FOTO

23 İyun 2018 13:20
2 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur "Taxtlar oyunu" (Game Of Thrones) telesreialının ulduzları Kit Harinqton və Rouz Lesli bu gün evlənirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, nikah və toy mərasimləri Şotlandiyanın şimalındakı Aberdinşirdə yerləşən Uordhill (Wardhill) qəsrində keçiriləcək.

Roouz Leslinin nəsli 900 ildən bəri bu qəsrə sahiblik edir.

Qəsrin həyətində toy üçün nəhəng çadır qurulub.

Toya dəvət olunmuş Sofi Törner, Piter Dinkleyc, Malin Akerman, Cek Donnelli, Emiliya Klark və digər aktyorlar bu gün səhər saatlarında Aberdin şəhərinin hava limanında görünüblər.

İkisi də 31 yaşda olan K.Harrinqton və R.Lesli 2012-ci ildə "Game of Thrones" serialının çəkilişlərində tanış olublar, 2017-ci ilin sentyabrında nişanlanıblar.

Teleserialda K.Harinqton "Con Snou", R.Lesli isə "İnqrit" rolunu oynayırlar.

Amplfort abbatlığından benediktin keşişi Çed Boulton nikah mərasimini qəsrdə keçirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.