Maraqlı

CEO-ların atalarından öyrəndikləri 6 Liderlik Dərsi

24 İyun 2018 22:25
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çətinliklərin öhdəsindən gələn və çox vaxtı "evin dirəyi" adlandırdığımız atalarımızdan həyatımız boyunca çox şeylər öyrənirik. Onların xətaları və sevincləri həyatımızda yer alır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, bizlər də atalarımızın yaşadıqlarından dərs çıxarırıq. CEO-ların atalarından öyrəndikləri liderlik dərsləri isə müxtəlifdir.

1) Nümunə ol.

"Atam bir neçə kəlimədən ibarət bir insan idi, o mənim kumirim idi. Anamı gənc yaşımda itirdim, yemək hazırlamaq, ev təmizləmə və mənə baxmaq kimi işlərin hamısı atama qaldı. Heç nədən şikayət etmədim. Atamın dediklərindən çox şeylər öyrəndim. Atam sözləri səsli tələffüz etməyin yazıdan daha təsirli olduğunu göstərdi." - Birst CEO-su Jay Larson

2) Prioritetlərə fokuslan.

"Xatırladığım qədəri ilə ailəm tikinti işləri ilə məşğul olurdu. Həyatımız işə görə tənzimlənirdi, bütün gecə buz xokkeyi oynadıqdan sonra atamın ofisindəki divanda yatmağa çalışırdıq. Atam və babam öz ayaqlarımın üstündə dayana bilmək və iş təcrübəm olsun deyə qabağıma sadə bir limonad stendi qoydular. İşin əsaslarına fokuslanmaq və əsasən də sürətlə böyüyən dünyaya uyğunlaşmaq kimi gənc yaşlarımda aldığım dərslər böyüyərkən  mənim üçün inanılmaz köməyi oldu." - SpiderOak CEO-su və Həmtəsisçisi Ethan Oberman

3) Etdiyin işə inan

"Atam mənə güclü olmağı, çox işləməyi və işlər yolunda getməyəndə mübarizəni əsla buraxmamaq lazım olduğunu öyrətdi. Ancaq, məni bir sahibkar olmağa təhrik edən və işləri bir addım qabağa aparmağa həvəsləndirən babam idi. Babamla xatirələrimdən biri, İngiltərədəki Humber Körpüsündə gəzmək idi. Babam belə bir körpünün inşa edilməsindən dolayı inşaat şirkəti ilə qürur duyurdu." - Huddle CEO-su Alastair Mitchell

4) Ən başda inamdır.

"Atam əvvəllər sahibkar olub və tövsiyələrini mənimlə paylaşardı. Bu məni CEO olaraq buna yönləndirdi "insanları idarə etmək, mükəmməl olmaları üçün davranışlarını idarə etmək deyil, əsas məsələ onları öyrətməkdir". Hədəflərinizi genişləndirin. Komandam həmişə mənim tək nail ola bilməyəcəyim işlərin öhdəsindən uğurla gəlmişlər." - "İnsart Logic"in həmtəsisçi və CEO-su Manav Mital

5) Doğrunun yanında ol.

"Atam həkim idi. Mümkün olduğu qədər xəstəyə köməklik etmək istəyirdi və pul ödəyib ödəmədiklərinə fikir verməzdi." - "GpGrid"in CEO-su və Həmtəsisçisi John Keagy

6) İnnovator ol.

"Ailəm yay tətillərini New Hampshire-dəki rançoda keçirirdi. Traktor yayda tarlanın ortasında xarab olduğunda, evə piyada qayıtmalı olduğumdan traktoru təmir etməyi öyrəndim. Bir problemi həll edərkən işinizə köməklik edəcək alətlərdən istifadə edin. Traktoru bir skoçla və tellə necə təmir edəcəyimi öyrəndim. İş dünyasında və həyatınızda, əlinizdəki resursları kreativ bir şəkildə istifadə etməyiniz, fikirlərinizi və yenilikləri bəsləməyiniz və çətinliyinz nə olursa olsun aradan qaldırmağınız lazımdır." - "SugarCRM"in CEO-su Lary Augustin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.