Maraqlı

Türk agentlik “Cannes Lions2018”də “Qızıl Aslan” mükafatı qazandı

24 İyun 2018 20:50
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin media və kommunikasiya agentliyi "4129Grey" bu il təşkil edilən "Cannes Lions2018"də "Qızıl Aslan" mükafatını qazanıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, agentliyin "Amnesty Türkiyə" üçün hazırladığı "The Insiders" (İçeridən) işi "Cannes Lions Print & Publishing" kateqoriyasında qalib olub.

"4129Grey" mətbuatın azadlığı məsələsində işlər görən "Amnesty Türkiyə", adıçəkilən ölkədə həbsdə olan jurnalistlər ilə birlikdə "The Insiders" qəzetini çıxarıb.

"The Insiders" "Twitter"in "Tweet to Unlock" funksiyasından faydalanır və bunu Dünya Mətbuatının Azadlığı Günündə diqqətçəkici kampaniyaya çevirir. "Qızıl Aslan" ilə mükafatlandırılan 4129 Grey "The Insiders" adlı işi ilə festivalın 3-cü günü, həm Direct, həm də PR kateqoriyalarında şort listə qalma uğuru göstərib.

4129Grey-in baş icraçı direktoru Alemşah Öztürk agentiyin uğurunu "Instagram" da belə ifadə edib: "Üzərində çox düşünülən, çox çalışılmış, mənası və məqsədi olan bir layihə ilə "Amnesty Insiders" ilə "Cannes Lions"da "Qızıl Aslan" mükafatını qazandıq. Bu, agentliyin ilk qızılıdır.... Bütün komandanın və əməyi keçən hər kəsin əllərinə sağlıq...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.