Maraqlı

100 il yaşamağın 7 sirri - Yaponların yaşam şərtləri

24 İyun 2018 22:10
0 Şərh     Baxış: 3 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Okinava adası sakinləri 100 ildən çox yaşayan nadir insanlardandır. Bəs bu insanlar 100 il ömür sürməyi necə bacarırlar?

1. Bir yaşama səbəbi seçməlisiniz. Milli.Az publika.az-a istinadən xəbər verir ki, hər gün niyə yuxudan oyandığınızı və nə edəcəyinizi bilməyiniz önəmlidir.

2. Qidalanmada bitkilərə üstünlük verməlisiniz. Şirin kartof, qızardılmış tərəvəz kimi qidaların enerji dəyəri yüksək, kalori dəyəri isə çox azdır.

3. Okinava adasında yaşayan insanlar təsərrüfat və bağ işlərinin stressi azaltdığını deyir. Bitki və heyvan bəsləməyə daha çox vaxt ayırmalısınız.

4. Bolluca D vitamini qəbul etməli və Günəşin dadını çıxarmalısınız.

5. Sosial dəstək qruplarında fəal iştirak önəmlidir. Cəmiyyət içində olmaq insanın özünə güvən hissini möhkəmləndirir.

6. Türkəçarədə istifadə edilən bitkiləri öz əllərinizlə yetişdirməli və gün ərzində qidalanarkən onlardan istifadə etməlisiniz.

7. Hərəkət, idman, aktiv həyat!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.