Maraqlı

Palçıq vulkanından hazırlanan kosmetik vasitələr...

23 İyun 2018 22:15
0 Şərh     Baxış: 2 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbii tərkibli kosmetik vasitələr digərlərindən baha olsa da, təsir effekti daha yüksəkdir. Lakin qadınlar tez nəticə əldə etmək üçün kimyəvi tərkibli kosmetik vasitələrə üstünlük verirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin verdiyi məlumata əsasən, vulkan palçığı tərkibli məhsullar ən effektli təbii kosmetik vasitələr sayılır. Dünyada 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanda yerləşir. Təcrübə göstərir ki, son vaxtlar palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağları da üstələyir. Palçıq vulkanından hazırlanan kosmetik vasitələrin tərkibi çoxlu minerallar və kalsium, sink, manqan, gümüş, molibden kimi mikroelementlərlə zəngindir. Həmin maddələr dəriyə müalicəvi təsir göstərərək qan dövranını yaxşılaşdırır, dəridə geniş məsamələr əmələ gələndə onların kiçilməsinə və azalmasına səbəb olur.

Vulkan palçığından hazırlanan həmin məhsullar müxtəlif dəri problemlərinin həllində istifadə edilir. Kosmetoloqların fikrincə, ev şəraitində həftədə iki dəfə 15 dəqiqə ərzində həmin tərkibli məhsullardan istifadə etməklə yüksək nəticəyə nail olmaq mümkündür. Həmin məhsullar dəridə olan quruluq, yağlılıq, qırış və aknelərin qarşısını alır. Üstəlik, həmin palçıq həm də hipoallergen olduğuna görə allergik səpgilərin sakitləşməsinə də faydalı təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.