Maraqlı

Protez ağrını hiss edəcək

23 İyun 2018 08:51
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir. Material zədələnən zaman yenidən yaranan ağrı refleksi ilk öncə dirsək və orta sinirlərə, daha sonra beyinə ötürülür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər tərəfindən hazırlanmış material təzyiq və zədələrə reaksiya verən  rezin, toxuma və pyezorezistiv lif qatlarından ibarətdir. Pyezorezistiv material deformasiya vaxtı müqavimətini dəyişdirir, datçiklər sistemi isə elektrik impulsunu sinir impulsuna ötürür.

Elektron dəri, hələ ki, istilik və kimyəvi təsir vaxtı zədələnmələri müəyyənləşdirmək qabiliyyətinə malik deyil və yalnız xarici mexaniki qıcıqlandırıcılara reaksiya verir.

Yeni texnoloji hazırlamanın sınaqlarında qəza nəticəsində hər iki əlini itirmiş 29 yaşlı kişi iştirak edib. O deyib ki, əvvəllər barmaqları olan  hissədə sancmalar hiss edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.