Maraqlı

İnsan dilini anlayan lal-kar meymun öldü - VİDEO - FOTO

22 İyun 2018 15:01
5 Şərh     Baxış: 3 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı zoopsixoloq Fransin Paterson və surdotərcüməçi Cun Morton bu meymuna insan dilini anlamağı, habelə insanların anlaya biləcəyi işarə dili ilə istəklərini anlada bilirdi.

Milli.Az ABC-yə istinadən bildirir ki, 46 yaşlı, lal-kar Koko ölüb.

Bu dişi qorilla surdolinin ingilis variantında (American Sign Language, ASL) mindən artıq jesti bilirdi.

Dişi qorilla koko pişikləri çox sevirdi, hətta onlara adlar da verirdi. Məsələn, o, bir pişik balasını "Yumurcuq" adlandırmışdı.

İQ səviyyəsi 95 olan Koko ingilis dilində 2 mindən artıq söz bilirdi.

Müqayisə üçün deyək ki, insan üçün İQ-nin orta səviyyəsi 100 sayılıvr.

Doktor Patterson 1971-ci ildə San-Fransisko zooparkında doğulmuş Koko 1 yaşında olanda qorilla ilə məşğul olmağa, ona surdodil öyrətməyə başlamışdı.

Koko həyatının əksər hissəsini Kaliforniyadakı Qorilla Fondunun mərkəzində yaşayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İnsan dilini anlayan lal-kar meymun öldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.