Maraqlı

İllik gəliri milyonları keçən TANINMIŞ HƏKİMLƏR

21 İyun 2018 23:50
2 Şərh     Baxış: 4 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalara görə, 2022-ci ilə qədər ən çox pul qazandıracaq sənətlər arasında həkimlik və cərrahlıq yer alacaq. Hazırda estetik cərrahiyyəsi də bu sənətin ən çox qazandıran sahələrindən hesab edilir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, elə bu sənət sayəsində milyonlar qazanmış, dünyada hər kəsin tanıdığı həkimlər var.

Beyin cərrahı Sanjay Gupta - Həmçinin CNN kanalında veriliş aparıcısıdır. Televiziya kanallarında tez-tez ekrana çıxan məşhur həkimdir. Əvvəllər Ağ Evdə işləyib. 1997-1998-ci illərdə Hilari Klintonun məsləhətçisi olub. Daha sonra Barak Obama üçün çalışıb. Ondan sonra ümumi cərrah olaraq işə başlayıb. Bir çox həyat xilas edən Gupta 2010-cu ildə baş verən zəlzələ zamanı digər 3 cərrah ilə birlikdə 12 yaşlı qızın həyatını xilas edib.
Qazancı isə 4,5 milyon təşkil edir.

Mehmet Öz - Harvard Tibb fakültəsinin məzunudur. Kolumbiya universitetindəki cərrahlıq bölməsində çalışıb. Uzun müddət ürək xəstəlikləri üzrə işləyərək məşhurlaşıb. Televiziya və radiolarda veriliş apararaq bir çox dinləyiciyə kömək olmağa çalışıb. 6 dəfə Emmy mükafatına layiq görülüb.Qazancı isə 7 milyon dollardır.

Paul Nassif - estetik cərrahdır. Uzmanlığı burun estetik cərrahlığı üzrə bitirib. Amerika estetik plastik  cərrahi dərnəyinin üzvüdür. Qazancı 14 milyon dollardır.

Phil McGrav - əsas televiziya proqramları vasitəsilə tanınsa da Texas universitetinin psixologiya bölməsində həkimlik edib. Daha sonra isə psixoloq olaraq işinə davam edib. Qazancı 280 milyon dollar təşkil edir.

Vu Yiling - 11 il ərzində Çində altenativ tibb sahəsində çalışıb. 1992-ci ildə Yiling Pharmaceutical adlı şirkət qurub. Daha sonra da bitki tərkibli dərmanları satışa çıxarıb. 1,7 milyard dollarlıq sərvətə sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.